İtaliyada avtobus binaya çırpılıb, 15 nəfər xəsarət alıb

İtaliyanın şimalında elektriklə işləyən avtobus yolun digər tərəfindəki binanın dayağına çırpılıb.

APA xəbər verir ki, bu barədə İtaliyanın xilasetmə xidmətləri "X"sosial şəbəkəsində məlumat yayıb.

Hadisə zamanı 15 nəfər xəsarət alıb.

Qəza Venesiyanın Mestre-materik məhəlləsində baş verib.

Xatırladaq ki, oktyabrın əvvəlində avtobusu ərazidəki yerüstü keçiddən aşıb, 20-dən çox insan həlak olub.