Əfqanıstanda yenə güclü zəlzələ baş verdi

Əfqanıstanın Herat şəhərində 6,3 bal gücündə zəlzələ baş verib.

Axar.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların ocağı 8,2 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 7-də Heratda baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində 2500-dən çox insan həlak olmuşdu.