Rusiya Suriyada bu obyektlərə zərbələr endirdi

Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların hərbi obyektlərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya hücumu nəticəsində on yaraqlı, mobil reaktiv yaylım atəş sistemi qurğusu və beş zərbə PUA-sı məhv edilib. Rusiya Silahlı Qüvvələri həmçinin qanunsuz silahlı qruplaşmaların iki nəzarət məntəqəsini və iki yeraltı sığınacağını, həmçinin beş silah anbarını sıradan çıxarıb.