İsrailə 6 300 raket atılıb

Oktyabrın 7-dən İsrail ərazisinə Qəzza zolağından HƏMAS radikal qruplaşması tərəfindən 6 300 raket atılıb.

Bu barədə “Report” “Bu gün İsrail” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.