Başqa ölkənin vətəndaşı olan fələstinlilər Misir sərhədini keçə biləcəklər

Başqa ölkənin vətəndaşı olan fələstinlilər yerli vaxtla saat 09:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) Misir sərhədindən keçə biləcəklər.

“Report” xəbər verir ki, bu barədə “NBC News”a Fələstinin Misirdəki səfirliyinin nümayəndəsi Kamil Xətib deyib.

Telekanal diplomata istinadən qeyd edib ki, bu müddətdə humanitar yardımlar da Qəzzaya çatdırılmağa başlayacaq.