İsrail atəşkəs xəbərini təkzib etdi

İsrail Qəzza zolağının cənub bölgəsində humanitar atəşkəs rejimi tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə “i24” telekanalı məlumat yayıb.

Məlumata görə, atəşkəs yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00) qüvvəyə minəcək və 5 saat davam edəcək.

Bildirilir ki, atəşkəs əcnəbi vətəndaşların anklavı tərk edə bilməsi, həmçinin, Qəzzaya humanitar yardım göndərmək məqsədi ilə elan olunub.

***

İsrail Qəzzanın cənubunda müvəqqəti atəşkəsin elan olunması barədə xəbəri təkzib edib.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

Qeyd edilib ki, belə bir razılıq əldə olunmayıb.