Norveç Kralı XİN rəhbərini istefaya göndərib

Norveç Kralı V Harald xarici işlər naziri Anniken Xyuitfelti istefaya göndərib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu postda onu sabiq iqlim və ətraf mühit naziri Espen Bart Eyde əvəz edəcək.