Kreml: Mahmud Abbasın Rusiyaya səfərinin nə vaxt gerçəkləşəcəyi bilinmir

Fələstin prezidenti Mahmud Abbasın Rusiyaya səfəri uzanır.
APA TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Bildirilib ki, Abbasın noyabrın 15-də Rusiyaya planlaşdırılan səfəri Fələstin tərəfinin xahişi ilə təxirə salınıb.

O deyib ki, səfərin hələ nə qədər uzanacağı bilinmir.