KİV: Qəzzanın mərkəzində xəstəxana yaxınlığında partlayış baş verib

Qəzzanın mərkəzində xəstəxananın yaxınlığında partlayış baş verib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata əsasən, Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində yerləşən “Şühəda əl-Aksa” xəstəxanasının binası yaxınlığında güclü partlayış baş verib.

Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.