BMT-nin nümayəndəsi: SPECA ölkələri üzrə dəmiryolu imkanları artırılacaq

SPECA ölkələri (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) üzrə dəmir yolu infrastrukturu imkanları artacaq.
“APA-Economics” xəbər verir ki, bunu SPECA İqtisadi Forumu çərçivəsində BMT-nin İqtisadiyyat üzrə icraçı katibinin müavini Dmitri Mariyasin deyib.
O qeyd edib ki, SPECA inzibati təhcizat zəncirindəki problemlərin aradan qaldırılması nəqliyyat xərclərini 30%-ə qədər azalda bilər.

Dmitri Maryeşin əlavə edib ki, Transxəzər üzrə konteyner daşımaları 2040-cı ilə kimi 4 dəfə arta və 200 minə çata bilər.

“SPECA ölkələri arasında sənədlərin rəqəmsallasmasi məsələsi irəli sürülüb. Bu yük daşımalarının həcmini artıra bilər” - D. Mariyasin əlavə edib.