Bayden 81 yaşını 81 şamla qeyd etdi

ABŞ-ın ən yaşlı prezidenti Co Bayden 81 yaşını qeyd edib.
Bakupost.az xəbər verir ki, Bayden ad gününü Ağ Evdə keçirib.
O, nahar masasında tək oturaraq şamlar yandırılmış tortla fotosunu çəkdirib. "Hər kəsə xoş arzularınız üçün təşəkkür edirəm" qeydi ilə sosial şəbəkə hesabında paylaşıb.
ABŞ prezidenti ad günü üçün tortun üzərində 81 şam üfürüb.
Onun fotosu sosial şəbəkədə tənqid olunub.
Ağ Evdən Baydenin ad günündə verdiyi açıqlamada onun təcrübəsi və dözümlülüyü vurğulanıb.
Ağ Evin sözçüsü Karine Jean-Pierre deyib ki, Baydenin yaşı əsas diqqət mərkəzində olmamalıdır.
"Biz onu yaşına görə deyil, etdiklərinə görə mühakimə etməliyik", - Jan-Pyer deyib.
Qeyd edək ki, amerikalılar Baydenin yaşına görə ABŞ-da müzakirə mövzusu olan ikinci müddətə seçilməsindən narahatdırlar. Yenidən seçilərsə, Bayden ikinci prezidentlik müddətinin sonunda 86 yaşında olacaq.