Kreml Zelenskinin "Ukraynanın Putini öldürmək hüququ var" bəyanatına münasibət bildirib

Ukrayna dəfələrlə sözdə Putinə sui-qəsd cəhdi edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “The Sun” nəşrinə müsahibəsində "Ukraynanın Putini öldürmək hüququ var" bəyanatına münasibət bildirərkən deyib.

"Ukrayna dəfələrlə sözdə Putinə sui-qəsd cəhdi edib, amma onlarda heç nə alınmayacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, jurnalistin fürsət yarandığı təqdirdə Ukraynanın Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına Zelenski belə cavab verib: “Bu, müharibədir və Ukraynanın torpaqlarımızı müdafiə etmək hüququ var”.