Ərəb dövlətləri Mahmud Abbasın istefasını istəyir

Körfəz ölkələri münaqişənin sona çatmasından sonra Qəzzaya maliyyə yardımı etməyə hazırdırlar, lakin Fələstin Milli Administrasiyasında əhəmiyyətli islahatlar aparılmalıdır.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.
Məlumata  görə, Fars körfəzinin ərəb ölkələrinin gözlədiyi dəyişikliklər Fələstin rəhbərliyinin dəyişməsini də özündə ehtiva edir:
“Fələstinin müttəfiqləri Qəzzanın yenidən qurulmasına dəfələrlə böyük sərmayə qoyublar və onlar sərmayələrinin yenidən boşa çıxacağından qorxurlar. Daha bir şərt ondan ibarətdir ki, İsrail Fələstin probleminin həlli ilə bağlı hazırlanan yol xəritəsinin qəbuluna razılıq verməlidir”.
İsrail və ərəb ölkələrinin rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.