İtimi itirmişəm... - Zurabişvili gürcülərə müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvilinin iti itib.
Bakupost.az gürcü mediasında istinadən xəbər verir ki, bu barədə Zurabişvili özü bildirib.
O qeyd edib ki, Qombora adlı it Tbilisinin mərkəzində yoxa çıxıb:
“Qombora Mziuri/Çavçavadzenin yaxınlığında itdi. Boz rəngli boyunluğu var. Tapsanız, bizimlə əlaqə saxlayın”, - deyə Zurabişvili sosial şəbəkədəki səhifəsində yazıb.
Qeyd edək ki, Gürcüstan prezidenti dəfələrlə paytaxtın mərkəzi parklarında itini gəzdirərkən görüntülənib. Zurabişvili həmin iti 2018-ci ildə seçki kampaniyası zamanı Kaxeti bölgəsindəki Qombori aşırımında alıb.