Qərb köhnə münaqişələri şiddətləndirir - Medvedyev

Qərb qlobal proseslərin cilovunu öz əlində saxlamaq fikrindədir, azad inkişaf imkanlarını əngəlləyir və bütöv xalqların şüurunu manipulyasiya edir.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Kollektiv Qərb sözün əsl mənasında qlobal proseslərin cilovunu əlində saxlamağa köklənib. Bunun üçün onlar hərbi-siyasi, iqtisadi, ideoloji, informasiya təzyiqlərinə əl atmaqdan, azad inkişaf imkanlarını əngəlləməkdən, bütöv sosial qrupların və xalqların şüurunu manipulyasiya etməkdən çəkinmirlər. Bu səbəbdən müxtəlif bölgələrdə yeni münaqişələr yaranır və köhnə münaqişələr şiddətlənir”, - Medvedyev bildirib.