G20: Qəzza münaqişəsi iki dövlət prinsipi əsasında həll edilməlidir

Qəzza münaqişəsi iki dövlət prinsipi əsasında həll edilməlidir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi "Böyük İyirmilik" (G20) ölkələrinin Yaxın Şərqdə sabitlik əldə edilməsi üçün Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi ilə həllinə dair razılığa gəldiklərini açıqlayıb.

“Qərbi Asiyada sabitliyin bərqərar olması üçün iki dövlətli həll zəruridir”, - N.Modi Yeni Delhinin virtual olaraq keçirdiyi G20 sammitinin sonunda çıxış edərkən deyib.