İran XİN:İsrail nüvə silahından məhrum edilsin!

Beynəlxalq ictimaiyyət İsraili nüvə silahından məhrum etməlidir.

APA-nın “Al Mayadeen” telekanalına istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livana səfəri zamanı deyib.

"İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilində törətdiyi altı həftəlik cinayətlərdən sonra onu nüvə silahından məhrum etmək beynəlxalq ictimaiyyətin borcudur", - İranın xarici işlər naziri bildirib.