İsrail ordusunun Qəzzada ölən hərbçilərinin sayı 70-ə çatıb

Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatı başlayandan indiyədək həlak olan İsrail əsgərlərinin sayı 70-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Times of Israel" qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, döyüşlərdə bir əsgər ölüb.

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.