Norveç də Rusiya ilə sərhədi bağlamağa hazırdır

Finlandiyanın ardınca Norveç də Rusiya ilə sərhədi bağlamağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qara Styöre deyib.

O bildirib ki, lazım gəldiyi təqdirdə Rusiya ilə sərhəddəki “Sturskuq” nəzarət-buraxılış məntəqəsi bağlana bilər.

Styöre Finlandiya və Estoniyadakı situasiyanı diqqətlə izlədiklərini də vurğulayıb.