İsrail HƏMAS-ın 12 batalyonunu məhv etdi

Qəzza zolağının şimalında gedən döyüşlər zamanı İsrail ordusu HƏMAS-ın 12-yə qədər batalyonunu məhv edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmisi Conatan Konrikus məlumat verib.

“İndiyədək Qəzzanın şimalında yaxşı, sabit və metodik tərəqqi əldə etmişik. Döyüşlər nəticəsində Qəzzanın şimalında HƏMAS-ın onlarla batalyonundan 11-12-ni darmadağın etdik. Bu, yaxşı irəliləyişdir. Onlar tam olaraq sıradan çıxmayıb, amma bizim hərəkətlərimiz nəticəsində əsas döyüş imkanlarına ciddi ziyan dəyib. Mərkəzi və cənub bölgələrində HƏMAS-ın daha 12 batalyonu var. Hamı başa düşür ki, Qəzzadan daha bir terror hücumunun qarşısını almaq üçün HƏMAS-ın bütün imkanlarının məhv edilməsini təmin etməliyik. İsrail ordusu bunu edəcək”, - Konrikus bildirib.