Türkiyədə bir ailənin 5 üzvü güllələndi

Türkiyənin paytaxtı Ankarada qonşular arasında yaranan mübahisə zamanı ikisi uşaq olmaqla 5 nəfər güllələnib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Eyni ailədən olan 4 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, daha əvvəl səs-küy səbəbindən qonşular arasında vaxtaşırı mübahisələr yaranıbmış. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.