Tanju Özcan CHP-yə döndü


CHP Mərkəz İdarə Heyətinin toplantısında Bolu Bələdiyyə Başçısı Tanju Özcanın partiyaya qayıtma tələbi dəyərləndirilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Partiya Məclisi Özcanın geri qaytarılmasına qərar verib.

Özcan sosial media hesabından verdiyi açıqlamada partiyaya qayıtdığını belə açıqlayıb:

"Bu yaxınlarda Bolu İl Başkanımız Tahsin Mert Karagözdən şad xəbər aldım. Atamın evinə qayıtdım. Başçımız Özgür Özəl və CHP Partiya Məclisi üzvlərinə təşəkkürümü bildirirəm. Atatürkün partiyasında və onun prinsipləri çərçivəsində siyasətlə məşğul olmağa davam edəcəm. Hər şey çox gözəl olacaq".

Özcan partiyaya yenidən üzv olmaq üçün müraciət etmişdi.