İran PUA-sı ABŞ aviadaşıyıcısına yaxınlaşdı

İrana məxsus PUA Farsk körfəzindəki ABŞ aviadaşıyıcısının yaxınlığında görüntülənib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” amerikalı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, İrana məxsus PUA edilən bütün xəbərdarlıqlara məhəl qoymayaraq, “Eyzenhauer” aviadaşıyıcısının yaxınlığından uçub.

Amerikalı hərbçilər hadisəni təhlükəli adlandırıblar.