ABŞ nüvə poliqonunu modernləşdirir

Birləşmiş Ştatlar nüvə poliqonunu modernləşdirməyə çalışır.
APA xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cil Hrubi deyib.
O, bildirib ki, Nevada ştatındakı sınaq meydançasında da yeni tunellərin tikintisi davam edir.
Departament rəhbəri etiraf edib ki, ABŞ Nevada obyektində yeni işlərlə bağlı Rusiya və digər dövlətlərin narahatlığını tam başa düşür.
Eyni zamanda Hrubi əmin edib ki, ABŞ yeraltı nüvə sınaqlarını bərpa etməyə hazırlaşmır.