ABŞ Litvaya 45 milyon avro məbləğində PUA verəcək

Litva ABŞ-dən yeni PUA-lar alacaq.
“Report” TASS-a istinadən verdiyi xəbərə əsasən, Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib ki, Switchblade 600 PUA-ları 2024-cü ildə veriləcək.
Onun sözlərinə görə, müqavilənin dəyəri 45 milyon avro təşkil edəcək.
“Biz ABŞ-dən sonra yeni PUA-larla təmin olunacaq ilk ölkəyik. Bu bizim imkanlarımızı genişləndirəcək”, - o deyib.