Afinada Türkiyə və Yunanıstan prezidentlərinin görüşü başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Prezidenti Katerina Sakellaropulu ilə ikitərəfli görüşü başlayıb.
“Report” xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın “X” səhifəsində paylaşım edilib.
Qeyd edək ki, Ərdoğan Yunanıstanda səfərdədir.
Bu, son 70 ildə Türkiyə Prezidentinin Yunanıstana ikinci səfəridir. Birinci səfər 2017-ci ildə reallaşıb