Rusiyada poliqonda partlayış - Ölən və yaralananlar var

Rusiyanın Ryazan vilayətində yerləşən Dubroviçi poliqonunda partlayış baş verib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı vilayət prokurorluğu bildirib.
Məlumata görə, partlayışa səbəb yanğınsondürmə hazırlığı zamanı partlayıcı qurğunun kortəbii şəkildə işə düşməsi olub.
Hadisə zamanı Rusiya qvardiyasının bir əməkdaşı həlak olub, ikisi yaralanıb.