Sosial şəbəkələr bu görüntüdən danışır... Böyrəklərindən 300 daş çıxarıldı

Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yu-nun böyrəklərindən 300-dən çox daş çıxarılıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Tayvanın cənubundakı Tainan şəhərində 20 yaşlı Xiao Yu bel ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Müayinələr nəticəsində onun böyrəklərində çoxlu böyrək daşı aşkarlanıb və Yu təcili cərrahiyyə əməliyyatına aparılıb. Uğurlu əməliyyatdan sonra Yu-nun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox daş çıxarılıb.
Əməliyyatın aparıldığı Chi Mei Xəstəxanasından verilən açıqlamada Yu-nun su içməyi sevmədiyi və yalnız şəkərli içkilər və çay qəbul etdiyi bildirilib.
Xiao Yu-nun yemək vərdişlərinin pis olduğunu vurğulayan Chi Mei Xəstəxanasının həkimləri əhaliyə daha sağlam qidalar istehlak etmələri və bol su içmələri barədə xəbərdarlıq ediblər.