Qar yağışı Pekində həyatı iflic etdi: Uçuşlar dayandırıldı, məktəblər bağlandı

Çinin paytaxtı Pekində yağan qar səbəbindən qatarların hərəkəti dayandırılıb, məktəblər bağlanıb, distant təhsilə başlanılıb. 
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, fövqəladə hallara cavab vermək və nəqliyyatın pozulmasının qarşısını almaq üçün 6 mindən çox personalın təyin olunduğu Pekində gələn həftə sonu temperaturun mənfi 18 dərəcəyə düşə biləcəyi bildirilir.

Çinin şimalına təsiri altına alan soyuq dalğa həyata mənfi təsir edib. Bu həftə ikinci dəfə qərbdən gələn soyuq dalğanın təsiri altında qalan paytaxt Pekində ibtidai və orta məktəb və uşaq bağçaları distant təhsilə keçib.
Pekin Meteoroloji Rəsədxanasından verilən açıqlamada, şənbə gününə qədər şəhərə güclü qar yağacağı bildirilib. Şəhərdə soyuq havaya görə avtomobilləri ilə yola çıxan sürücülərdən diqqətli olmaları xahiş olunub. Təxminən 22 milyon əhalisi olan Pekində özəl şirkətlərə də işçilərinə çevik iş şəraiti və saatlar təklif etmələri tövsiyə edilib.
Pekinin qərb və şimal hissəsindəki dağlıq bölgələrdəki turizm zonaları da ziyarətçilər üçün bağlanıb. Qarın yağması paytaxtdan ölkənin müxtəlif bölgələrinə qatarların hərəkətində də fasilələr yaradıb. Pekinin Paytaxt Beynəlxalq Hava Limanında uçuşların normal şəkildə davam etdiyi vurğulanıb.

Digər tərəfdən, soyuq dalğanın təsiri ilə Çinin mərkəzi və şərq bölgələrində temperaturun 14 dərəcədən çox aşağı düşəcəyi təxmin edilir. Ölkədə ümumi qarın son 10 ilin ən yüksək səviyyəsinə çatacağı təxmin edilsə də, meteoroloji bölmələr yerli hökumətlərdən yağıntılara qarşı tədbir görmələrini istəyib.