Göz damlası ilə misli görülməmiş fırıldaqçılıq

Çində istifadə etdikləri mydriatik göz damcıları ilə özlərini kor kimi göstərərək gözəllik mərkəzlərini aldadan dəstənin qarşısı alınıb. 
“Sherg.az” xəbər verir ki, fırıldaqçıların insanları şoka saldığı taktikası  Çində gündəm mövzusuna çevrilib.
Soyadlarının Qian və Xu olduğu müəyyən edilən fırıldaqçılar Çinin Hubey əyalətinin Yichang şəhərində gözəllik klinikasının sahib idilər.
Klinika bərbat idarəçilik ucbatından daim zərər görürdü. Onların klinikasına gələn şəxsin pul qoparmaq üçün mydriatik göz damcılarından istifadə etdiyini aşkar edən ikili bundan ilhamlanaraq itkilərini ödəmək üçün inanılmaz plan qurublar.

İkili insanları aldatmaq üçün doqquz nəfərdən ibarət “peşəkar” komanda yaradıb və hər bir dəstə üzvünə xüsusi vəzifə və məsuliyyətlər verib.
Yerli mediada yayılan xəbərlərdə bildirilib ki, iki dəstə lideri bu sahə üzrə geniş biliyə malik olub, bu da onlara “uyğun hədəfləri” müəyyən etməyə və dəstə üzvlərinə qəsb üsulları öyrətməyə imkan verib.
Dələduzluq dəstə üzvlərinin üz qırışlarını aradan qaldırmaq üçün dəriyə hialuron turşusu yeridilən klinikaları müəyyən edib orada görüş təyin etməsi ilə başlayıb.

Qeyd edək ki, Mydriatic göz damcıları göz əzələlərini rahatlaşdırır və göz bəbəyini genişləndirir. Prosedur zamanı gizli şəkildə göz damcılarından istifadə edən dəstə üzvləri nəyinsə səhv olduğunu, gözlərinin ağrıdığını və sonda görə bilmədiklərini iddia ediblər.
Xəstəxanaya üz tutan dəstə üzvləri kor olduqlarını iddia edərək birtəhər müayinədən yayınaraq, iş adamlarını təzminat ödəməyə məcbur ediblər.
Psixoloji təzyiq altında olan biznes sahibləri qanuni addımlardan qorxaraq fırıldaqçılara istədikləri təzminatı verməyə razı olurdular.
“South China Morning Post” qəzeti yazır ki, dəstə avqust-noyabr aylarında 20-yə yaxın gözəllik salonunu aldadıb və bir milyon yuandan (140 min dollar) çox pul qazanıb.
Yaxalanan dəstə üzvləri hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək 9 aydan 10 ilə qədər həbs və 2000-50000 yuana qədər cərimə cəzasına məhkum ediliblər.