Papadan maraqlı qərar! O, məzar yerini Vatikandan seçməyib

Roma Papası Fransisk Vatikandakı Müqəddəs Pyotr bazilikasındakı sələflərinin yanında deyil, Romadakı bazilikada dəfn olunmaq istədiyini bildirib.
“Sherg.az” xəbər verir ki, bu həftə sonu 87 yaşı tamam olacaq Papa, "Yer artıq hazırlanıb. Mən Santa Maria Maggioredə dəfn olunmaq istəyirəm" deyib. 
Fransisk 100 ildən çox müddətdə Vatikandan kənarda dəfn edilən ilk Papa olacaq.
 
Qeyd edək ki, sonuncu dəfə 1903-cü ildə vəfat edən 13-cü Leo Romadakı Müqəddəs Pyotr bazilikasından kənarda Müqəddəs İoann Lateran bazilikasında dəfn edilib. 
Xatırladaq ki, Papa Fransisk bu yaxınlarda bronxit səbəbiylə Dubayda COP28 iqlim danışıqlarına səfərini ləğv etməli olub. Meksikalı Televiziyanın N+ yayım xidmətinə danışan Papa, 2024-cü ildə Belçikaya səfər etməyi planlaşdırdığını, həmçinin doğma torpağı Argentinaya və Polineziyaya da getmək istədiyini qeyd edib. 
Romadakı dörd papa bazilikasından biri olan Santa Maria Maggiore, Fransisin "xüsusi əlaqə" hiss etdiyini yerdir.
 Papa olmamışdan əvvəl Romaya səfər edərkən tez-tez bazar günləri buraya gedən Fransisk, seçildiyi 2013-cü ildən bu yana səyahətindən əvvəl və sonra bazilikada dua edib.