“Ən nifrət edilən qadın” bəraət aldı

Dörd uşağını öldürməkdə günahlandırılan və 20 il həbsdə olan Ketlin Folbiqin illər sonra günahsız olduğu ortaya çıxıb.
"Sherg.az" xəbər verir ki, 2003-cü ildə Avstraliyada dörd uşağını öldürməkdə təqsirli bilinən Ketlin Folbiqin hökmü apellyasiya məhkəməsi tərəfindən ləğv edilib.
 Cənubi Uels Cinayət Apellyasiya Məhkəməsinin baş hakimi Endryu Bell, Ketlin Folbiqin  4 övladını öldürməsinə görə verilən  30 illik həbs cəzasını ləğv edib. 
Ştat hökumətinin "rekord" təzminat ödəməsi gözlənilir.
Məhkəmə zamanı uşaqlarının təbii səbəblərdən öldüyünə dair mövcud dəlillərin ya göz ardı edildiyini, ya da rədd edildiyini qeyd edən Folbigg, "Sistem uşaqların bəzən qəfil, gözlənilmədən və ürək ağrıdacaq şəkildə ölə biləcəyini qəbul etmək əvəzinə məni günahlandırmağa üstünlük verdi" dedi. “Demək olar ki, əsrin dörddə birində təhqirlərə məruz qaldım” deyən Folbigg, “Mən hər cür sui-istifadə hallarını yaşadım. Daim adımın burada hallanması üçün dua edirdim . "Ümid edirəm ki, heç kim mənim çəkdiyim ağrıları bir daha yaşamaz" dedi.
Qeyd edək ki, Folbiqin 1989-cu il təvəllüdlü ilk uşağı Kalebin 19 günlük ikinci uşağı Patrickin 8 aylıq, üçüncü uşağı Saranın  10 aylıq və dördüncü uşağı Laura 19 aylıq  olarkən ölmüşdülər. Folbiggə qarşı irəli sürülən ilkin ittihamlarda qadının gündəliklərindəki qeydlər sübut kimi qiymətləndirilib və məhkumluqda köhnəlmiş bir qayda olan Meadow Qanunu nəzərə alınıb. Meadow Qanunu bir ailədə üç və ya daha çox qəfil körpə ölümünün əksi sübuta yetirilməyənə qədər qətl hesab edilməsini nəzərdə tuturdu.
2018-ci ildə Ketlinin hər iki qızının qəfil ölümünə səbəb ola biləcək nadir genetik xəstəliyə dair dəlillər aşkar edildi. Patrikin qəfil ölümünün əsas nörogenetik pozğunluqdan qaynaqlandığına dair ekspert dəlilləri prokurorların Folbiqqa qarşı iddiasını zəiflətdi.
56 yaşlı Folbiqin əfv edilməsini və bəraət almasını tövsiyə edən istintaq, 2021-ci ildə 90 elm adamı, tibb həkimi və bu sahədə çalışan peşəkarların imzaladığı ərizə ilə yeni qeydlərə əsaslanaraq uşaqların təbii səbəblərdən öldüyünü iddia edərək başladılıb.