Ukraynadakı partlayış: Deputat rus agenti olub? - ŞOK DETAL

Ukraynanın Zakarpatiya vilayətində kənd sovetinin deputatı iclas zamanı bir neçə qumbara partladıb. Ukrayna Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə zamanı 26 nəfər yaralanıb.
Onlardan 6-nın vəziyyəti ağırdır.
Partlayışı törədən deputat ölüb.

Mövzu ilə bağlı “Sherg.az”a danışan Ağ  Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli  baş verənlərin Rusiya Xüsusi Xidmət orqanlarının əməliyyatı ola biləcəyini bildirib:

“Həmin deputatın Rusiyanın agentura şəbəkəsinə daxil şəxs olma ehtimalı var. Onun ifşa olduğu üçün sözügedən cinayəti törətdiyi  versiyalar arasındadır. Amma faktiki olaraq deputat  həyatını itirdi və bəlkədə özü ilə birlikdə bir neçə şəxsində həyatına son qoymuş olacaq. Ola  bilsin həmin şəxs ciddi psixoloji problemlər yaşayırdı. Hazırda hadisə isti-isti olduğu üçün bir neçə versiya mövcuddur.  Ukrayna Xüsusi Xidmət Orqanlarından veriləcək açıqlamadan sonra məsələnin detalları tam olaraq aydın olacaq”.