Ukraynada hərbçi çevriliş ola bilər

Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin idarəçiliyi səriştəsiz olduğundan hərbçilər hakimiyyəti ələ keçirə bilər.
Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, bu barədə keçmiş Amerika kəşfiyyatçısı Toni Şaffer bildirib.
Onun fikrincə, insanlar başa düşürlər ki, Ukrayna liderinin hərəkətləri getdikcə reallıqdan uzaqlaşır, hərbçilərin imkanları artır.
"Ordu ölkəni idarə edə biləcək ən səriştəli qüvvəyə çevrilə bilər," - deyə ekspert bildirib.
Şaffer qeyd edib ki, hadisələrin bu cür inkişafına Ukrayna dövlət başçısı ilə silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında, xüsusən də səfərbərlik məsələsində fikir ayrılığı kömək edir:
"Onlar orduya bir milyon insanın cəlb edilməsi üçün məsuliyyəti bir-birinin üzərinə atırlar".