Balaca qız pulları parçaladı! Ailənin bir aylıq yaşayış xərcləri zay oldu


Gənc ana kiçik qızının kağız kəsərək oturub oyun oynadığını zənn edib. Lakin bir müddət sonra qızını yoxlamağa gedəndə anlayıb ki, uşaq təsadüfi “kağız” kəsmir. Həyəcandan  əl-ayağı bir-birinə dolaşan qadın nə edəcəyini bilmirdi. Balaca qızcığazın kəsdiyi kağızlar əslində ailənin 1 aylıq dolanışıq xərclərinə bərabər olan kağız pullar idi.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Asiya ölkəsi olan İndoneziyada yaşayan gənc ana sosial media hesabında şok təcrübəsini paylaşıb. Gənc qadın qızının oturub kağız kəsərək oyun oynadığını zənn edib, amma həqiqət çox fərqli olub.

Yazıq qadın övladına yaxınlaşıb kağız sandığı şeyin əslində pul olduğunu görəndə az qala huşunu itirəcəkdi. Üstəlik, qızı artıq bir ay ərzində ailəsinin dolanışığını qarşılamalı olan pulu məhv etmişdi. O, dərhal işə qarışaraq qızının “oyununu” dayandırıb. Qızını saxladıqdan sonra ona vəziyyəti izah etməyə başlayıb.
Uşaq hələ çox kiçik olduğundan əskinasların nə üçün olduğunu və dəyərini bilmirdi. Onun üçün əskinaslar təsadüfi kağız parçalarından fərqlənmirdi. Gənc ana ağrılı səslə “Bu pul bütün ailənin bir aylıq dolanışığıdır” deyib, övladına məsələnin ciddiliyini izah edib.

Çarəsiz qalan gənc qadın ilas edilə bilən kağız pulları bir-birinə yapışdıraraq vəziyyəti düzəltməyə çalışıb.

İndoneziya Milli Bankı zədələnmiş əskinasları qəbul edir. Müvafiq olaraq, yalnız əskinasın xarab olsa belə, dəyərinin müəyyən edilməsi xahiş olunur. Zədələnmiş əskinaslar ekvivalent valyuta ilə dəyişdirilmək üçün yerli banka aparıla bilər. Gənc qadın daha sonra zədələnmiş pulları müvəffəqiyyətlə yeni əskinaslarla əvəz etmək üçün Mərkəzi Banka aparıb.