Danimarka kraliçası II Marqret yeni il çıxışını sürprizlə bitirib.
Sherg.az xəbər verir ki, 52 ildir taxtda oturan Kraliça II Marqret taxt-tacı böyük oğlu, vəliəhd şahzadə Frederikə buraxdığını açıqlayıb.
Taxtın yeni sahibinin taxt-taca çıxmasının 52-ci ildönümündə, yanvarın 14-də vəzifəsini icra edəcəyini qeyd edən 83 yaşlı II Marqret, “Qərar verdim ki, indi doğru zamandır. 14 yanvar 2024-cü ildə Danimarka Kraliçası vəzifəsindən istefa verəcəyəm. Taxt-tacı oğlum vəliəhd şahzadə Frederikə tapşırıram” söyləyib.
Qeyd edək ki, ll Marqret 1952-ci ildə atası Kral IX Frederikin ölümündən sonra taxta çıxıb.
O Danimarka tarixində ən uzun ömür sürən monarx sayılır.