İstanbullular keçən il ən çox pomidor və qarpız istehlak edib

2023-cü ildə İstanbulda ən çox istehlak edilən meyvə qarpız, ən çox seçilən tərəvəz isə pomidor olub.
Sherg.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsindən (İBB) verilən məlumata görə, 2022-ci ildə İstanbulluların təzə meyvə-tərəvəz ehtiyacını qarşılayan Bayrampaşa və Ataşehir təzə meyvə-tərəvəz bazarlarına 2 milyon 852 min 625 ton məhsul gətirilərkən, 2023-cü ildə  bu rəqəm 2 milyon 850 min 843 tona düşüb.

2022-ci ildə hər iki bazara 1 milyon 53 min 214 ton meyvə daxil olarkən, bu rəqəm 2023-cü ildə 3 min 148 ton azalaraq 1 milyon 50 min 66 ton olaraq qeyd edilib.

2022-ci ildə bazarlara 1 milyon 799 min 411 ton tərəvəz çıxarıldığı halda, 2023-cü ildə bu rəqəm 1366 ton artaraq 1 milyon 800 min 777 ton olaraq qeydə alınıb.

2022-ci ildə tonaj əsasında bazarlara ən çox gətirilən meyvələr portağal, qarpız, alma, naringi və limon olub.

Bu sıra 2023-cü ildə qarpız, alma, naringi, portağal və limonun xeyrinə dəyişib.

Ötən il İstanbul bazarlarına 108 min 94 ton qarpız, 106 min 105 ton alma, 97 min 543 ton naringi, 97 min 201 ton portağal, 77 min 390 ton limon daxil olub.

2023-cü ildə tonaj baxımından bazarlara ən az gətirilən meyvə 86 ton ilə kokos olub. Ondan sonra 158 ton ilə mişar, 334 ton ilə zoğal, 443 ton ilə tut və 1060 ton şabalıd gəlir.


2022-ci ildə tonaj baxımından bazarlara ən çox gətirilən pomidor, kartof, xiyar və soğanın sırası 2023-cü ildə dəyişməyib.

Ötən il şəhər bazarlarına 475 min 784 ton pomidor, 185 min 19 ton kartof, 167 min 567 ton xiyar, 90 min 291 ton soğan gətirilib.

2023-cü ildə bazarlara ən az tonajla gətirilən tərəvəzlər 855 ton ilə Brüssel kələmi, 990 ton təzə yarpaq, 1524 ton ilə quru sarımsaq və 1718 ton bamya olub.