ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi Avropa üçün təhdid yarada bilər.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, bunu “France 2” verilişində qonaq olan Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bəyan edib.
"Trampın 4 illik hakimiyyətdə etdiyi hərəkətlərdən dərs alınsa, onun yenidən prezident seçilməsi Avropa üçün təhlükə yarada bilər. Gömrük tariflərinə, NATO-ya xidmət öhdəliyinə və iqlim dəyişikliyi ilə mübarizəyə baxmaq kifayətdir. Təkcə bu 3 sahədə belə tarixən ABŞ-ın maraqları Avropanın maraqları ilə üst-üstə düşməyib"-, o bildirib.
Mənbə: Haberglobal