Elektrikli avtomobillə qütb səyahəti

Şotlandiyada yaşayan Chris və Julie Ramsey cütlüyü elektriklə işləyən avtomobillərinin adi avtomobillər qədər davamlı və etibarlı olduğunu sübut etmək üçün Şimal qütbündən Cənub qütbünə səyahət ediblər.
"Sherg.az" xəbər verir ki, elektrikli avtomobillərin istifadəsində nümunə olmaq istəyən cütlük, 2023-cü ilin mart ayında Arktika Dairəsi yaxınlığında səyahətə başlamazdan əvvəl nəqliyyat vasitələrini dolduracaqları əraziləri göstərən ətraflı yol planı hazırlayıb. 
 Onlar həmçinin maşınlarını buz və qarla mübarizə apara bilən nəhəng təkərlərlə təchiz ediblər. 
Qarlı mənzərələrdən və çətin dağ yollarından keçən marşrutu təxminən 32 min kilometrdən sonra dekabr ayında Cənub qütbündə tamamlanıb.