Bu ölkə ilk dəfə olaraq ABŞ-dan qaz alacaq

Moldova gələn həftə ilk dəfə olaraq ABŞ-dan maye qaz alacaq.
Axar.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Viktor Parlikov deyib.
Onun sözlərinə görə, Amerika LNG-si olan gəmi artıq Yunanıstanın Aleksandropolis limanına gəlib.
Nazir qeyd edib ki, Amerika qazının qiyməti hər min kubmetr üçün təxminən 30 avro təşkil edəcək.
Bundan əvvəl, 2023-cü ilin dekabrında Kişinyov və Afina təbii qazın, o cümlədən maye qazın tədarükü sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.