Bu adada 50 nəfər yaşayır: Köç edənlər üçün torpaq pulsuzdur! 

  Sanki göyün ortasında cənnətin bir küncüdür və orada cəmi 50 nəfər yaşayır. Turistlərin sevimli məkanı olan bu adada çalışan işçilər saatda 10 dollar qazanırlar. Hökumət immiqrantlara ev tikmək üçün pulsuz torpaq da verir.
 Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Sakit okeanın cənubunda yerləşən Pitkern uzunluğu cəmi 4 km, eni isə 1 km olan bir adadır. 1767-ci ildə ingilislər tərəfindən kəşf edilən Pitkern, 1789-cu ildə "HMS Bounty" üsyançıları tərəfindən məskunlaşdırılıb. İndi Böyük Britaniyanın yeganə xaric ərazisi kimi mövcud olmağa davam edir. Adada yaşayan Torika Kristyan 1789-cu ildə “Bounty”də üsyana rəhbərlik edən və leytenant Villiam Blikdən gəmiyə nəzarəti ələ keçirən ingilis dənizçi Fletçer Kristyanın səkkizinci nəslindəndir. Üsyançıların bir hissəsi Fransanın Taiti adasında qalarkən, Kristyan və digər səkkiz üsyançı özləri ilə altı polineziyalı kişi və 12 qadını gətirərək Pitkernə sığınıblar. 
  Pitkerndəki həyat balıq tutmaq, hərdən səyahətçiləri salamlamaq, ləvazimatların gəlməsini gözləmək və təbiətə heyranlıqla keçir. 
  Adada anbar hissələrindən tutmuş dondurulmuş məhsullara qədər hər şeyi satan kiçik bir ərzaq mağazası, turizm ofisinə çevrilmiş keçmiş həbsxana, kitabxana və idman zalı, həmçinin sağlamlıq mərkəzi olan tibb mərkəzi var. Hər hansı əsas tibbi ehtiyaclar üçün ada sakinləri tez-tez daha yaxşı diş və tibb müəssisələrinin olduğu Taitiyə gedirlər. Adada məktəb olsa da, oxumağa şagird olmadığı üçün hazırda bağlanıb.
Turan