Şahzadə Harri "Aviasiyanın Yaşayan  Əfsanələri" arasına qatıldı

Kral həyatı ilə vidalaşan və ABŞ-da yeni səhifə açan şahzadə Harri və Meqan Markl hər zaman gündəmdədir. Şahzadə Harriyə "Aviasiyanın Yaşayan  Əfsanələri" mükafatı verilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  2020-ci ildə İngiltərədəki krallıq vəzifələrini tərk edərək ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl kral ailəsindən ayrılsalar da gündəmdə qalmağı bacarırlar.

Bu yaxınlarda tamamladıqları iş sövdələşmələri ilə ad çıxaran cütlüklərdən biri Şahzadə Harriyə ABŞ-da mükafat verilib.

Bir müddət Britaniya Ordusunda ikinci pilot olan Şahzadə Harriyə fövqəladə aviasiya uğurlarına görə "Aviasiyanın Yaşayan  Əfsanəsi" mükafatı verilib.

Şahzadə Harriyə mükafatını təqdim edərkən Con Travolta 1985-ci ildə Ağ Evdə Şahzadə Diana ilə rəqs etdiyi andan danışıb.

Şahzadə Harri də "O, anamla rəqs edəndə mənim 1 yaşım var idi. Bax indi haradayıq" deyib.

Bu mükafat əvvəllər Buzz Aldrin, Jeff Bezos, Tom Cruise, Neil Armstrong, Harrison Ford, Morgan Freeman və Elon Musk kimi adlara verilib.


"Daily Mail"-in xəbərinə görə, bu mükafatın şahzadə Harriyə verilməsi ordudakı bəzi pilotları qəzəbləndirib.

2012-2013-cü illərdə Əfqanıstanda Apaçi helikopterinin pilotu kimi xidmət edən şahzadə Harri təxminən 10 il orduda xidmət edib.