Rusiya dolların məzənnəsini endirdi

Rusiya Mərkəzi Bankı yanvarın 23-nə dolların rəsmi məzənnəsini endirib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bankın saytında yer alan məlumatda qeyd edilib.
Amerika valyutasının məzənnəsi 87,97 rubl səviyyəsində müəyyən edilib. Müqayisə üçün 20-22 yanvar tarixlərində dolların rəsmi məzənnəsi 88,59 rubl təşkil edib.
Çərşənbə axşamı üçün avronun rəsmi məzənnəsi də aşağıya doğru dəyişdirilərək yanvarın 20-dən 22-dək olan dövr üçün 96,38 rubl əvəzinə 95,88 rubl təşkil edib.