Göydən sərvət düşdü

Almaniyanın Elmshorn şəhərində Şahin Ailəsinin bağçasına düşən meteorit üçün 200 min Avrodan çox pul  təklif edilib.
"Sherg.az" xəbər verir ki Alman  Bild qəzeti keçən il aprelin 25-də türk əsilli Şahin Ailəsinin yaşadığı evin bağçasına düşən 3,7 kiloqram ağırlığında nadir meteoritin 200 min avroya alıcı tapdığını yazıb. 
46 yaşlı Mahmut Şahin deyib: “Bir çox insan meteoriti almaq üçün pul təklif edir. Hindistandan bir nəfərdə bu məsələ ilə bağlı  mənimlə əlaqə saxladı. Qətərdə keçiriləcək hərracda iştirak etməyi düşünürdük. Hətta bizim evə amerikalılar da gəldi".
 Meteoritin ekspertlər tərəfindən araşdırıldığını və qiymətləndirildiyini bildirən Şahin, təxminən 200 min avroya alıcı ilə razılaşmağa yaxın olduqlarını bildirib.