Mirzoyan: Türkiyə ilə sərhədin açılması məsələsində nəticə yoxdur

Ermənistanla Türkiyə arasında sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması məsələsində nəzərəçarpacaq nəticə yoxdur.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan illik mətbuat konfransında bildirib.
O qeyd edib ki, İrəvan Türkiyə tərəfindən addımlar gözləyir.