İsrail Müdafiə Ordusu Xan Yunis şəhərini mühasirəyə alıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunisi mühasirəyə alıb.
“Report” CNN-ə istinadən xəbər verir ki, mühasirə ilə bağlı yüzlərlə insan şəhər xəstəxanalarını tərk edib.
İsrailin həyata keçirdiyi əməliyyatın bir neçə gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi silahlı qrupların Qəzza zolağında İsrailə qarşı hücuma keçməsi ilə bölgədə müharibə başlayıb.