
Paşinyanın təklifi: Ermənistan özünü sığortalamaq istəyir?
13:15 29.01.2024
Aktual
534
İrəvan sülh müqaviləsinin imzalanması gecikəcəyi halda Bakıya “hücum etməmək” haqqında pakt bağlamağı təklif edib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında pakt imzalamağı təklif etdik", - o bildirib.
Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.
Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.
Açıqlamanı "Sherg.az" üçün dəyərləndirən siyasi şərhçi Elmir Səftərov qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təklif xarakterli səsləndirdiyi “sülh müqaviləsinin imzalanmasının yubanacağı təqdirdə iki dövlətin hücum etməmək haqqında qarşılıqlı pakt imzalaması” və “iki ölkənin qarşılıqlı silahlara nəzarət mexanizminin yaradılması” fikirləri İrəvanın mövcud reallıqdakı davranışlarını xarakterizə etmir:
"Çünki Rusiyanın 102-ci hərbi bazasının və sərhədçilərinin Ermənistandakı mövcudluğu, Avropa İttifaqının (Aİ) oradakı xüsusi xidmət orqanlarından ibarət missiyası İrəvanın ölkəmizə qarşı təhlükə mənbəyi olaraq qaldığını göstərir. Ermənistanın Hindistandan, Fransadan, Rusiyadan hərbi texnika alması fonunda silahlara nəzarətdən danışması gülünc görünür və sadəcə göstəriş üçün səsləndirildiyini sübut edir".

E.Səftərov Ermənistan baş nazirinin bu fikirlərinin gələcək perspektivlərə də hesablandığını söyləyib:
"Belə ki, İrəvan Zəngəzur dəhlizinin açılması və 8 kəndin qaytarılması məsələsində konstruktiv addım atmayacağını düşündüyü üçün, Azərbaycanın təzyiqlərindən ehtiyat edir. Bu baxımdan da özünü sığortalayaraq qabaqlayıcı tədbirlər görmək istəyir. Fransanın və bəzi beynəlxalq təşkilatların dəstək mesajları da İrəvanda rahatlıq yaradır və Azərbaycanla sülh sazişi barədə iddialı davranmağa inam yaradır. Amma Ermənistan anlamalıdır ki, Azərbaycanın Ordusunu gücləndirməsi regionda və dünyada cərəyan edən mürəkkəb geosiyasi reallıqlar baxımından tam doğru davranışdır. Onsuz da bunu qarşı tərəf də anlayır. Regiondakı bəzi ölkələrin qeyri-konstruktivliyi, beynəlxalq güclərin Cənubi Qafqaza müdaxilə ehtimalları, eyni zamanda, Ermənistanın revanşist ritorikası Azərbaycanın güclü Orduya sahib olmasını zərurətə çevirir".
Oxşar xəbərlər
Rusiya XİN: Qərb İran və Venesuelada etirazların təşkilində “Starlink”dən istifadə edib
21:39 09.10.2026
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların qüvvəyə minməsini 180 gün müddətinə təxirə saldı
19:34 09.10.2026
Rusiyanın "Rybar" Teleqram kanalının təsisçisi Zvinçuk Monteneqrodan deportasiya olunur - YENİLƏNİB
19:19 09.10.2026
Xəbər lenti
Hamısına bax
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol