Seçki kampaniyası zamanı danışan Tramp bildirib ki, o, Rusiyanı “maliyyə öhdəliklərini yerinə yetirməyən NATO müttəfiqlərinə hücuma” təşviq edəcək.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq və Aİ ABŞ-ın keçmiş prezidenti Donald Trampın açıqlamalarına reaksiya verib.
"Müttəfiqlərin bir-birini müdafiə etməyəcəkləri ilə bağlı hər hansı bir açıqlama bizim təhlükəsizliyimizə zərər verə bilər. Mən ABŞ-ın prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, NATO-nun güclü və sadiq müttəfiqi olaraq qalacağını gözləyirəm", - Stoltenberq Norveçin "TV2" telekanalına müsahibəsində deyib.
Avropa Şurasının prezidenti Çarlz Mişel də X hesabında belə bir mesaj paylaşıb: “NATO-nun təhlükəsizliyi və 5-ci maddə həmrəyliyi ilə bağlı ehtiyatsız bəyanatlar yalnız Putinin marağındadır” qiymətləndirməsini edib.
Mişel bildirib ki, bu cür bəyanatlar Aİ-nin təcili olaraq strateji muxtariyyətini təkmilləşdirməli və müdafiəsinə sərmayə qoymalı olduğu mesajını verir.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın Cənubi Karolina ştatında etdiyi çıxışında bildirib ki, o, prezident seçilərsə NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən müttəfiqlərə qarşı Rusiyanın hər hansı hücumunun qarşısını almayacaq.