ABŞ və İran arasında TƏYYARƏ BÖHRANI

ABŞ İranın Venesuelaya satdığı yük təyyarəsini ələ keçirib. İran isə ABŞ-ın qərarını “qanunsuz hərəkət” kimi qiymətləndirib.

Sherg.az xəbər verir ki, İran sanksiyalara görə Venesuelaya satdığı yük təyyarəsinin ABŞ tərəfindən ələ keçirilməsini pisləyib və bunu “qanunsuz hərəkət” kimi qiymətləndirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani verdiyi yazılı açıqlamada ABŞ-ın Venesuelanın “Emtrasur” aviaşirkətinə məxsus Boeing-747 tipli yük təyyarəsini ələ keçirməsinə münasibət bildirib.

ABŞ-ın təyyarəni ələ keçirmə hərəkətinin Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq hüquqa zidd olduğunu bildirən Kenani, İranın Venesuelanın əmlakına sahiblik və onlara girişi bərpa etmək üçün hüquqi və diplomatik səylərini və tədbirlərini şiddətlə dəstəklədiyini bildirib.

ABŞ Venesuela yük şirkəti tərəfindən İranın Mahan Hava Yollarından aldığı “Boeing 747” tipli yük təyyarəsinin “İranla bağlı ixrac məhdudiyyətləri” çərçivəsində ələ keçirildiyini açıqlayıb.

2019-cu ildə ABŞ Maliyyə Nazirliyi İranın “Mahan Air” aviaşirkətini İnqilab Keşikçiləri Ordusu ilə əlaqəsi səbəbindən sanksiya siyahısına daxil edib.