Harri və Meqan Marklın addımı sarayı hiddətləndirəcək 

2020-ci ildə İngiltərədəki krallıq vəzifələrini tərk edərək ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl kral ailəsindən ayrılsalar da gündəmdə qalmağı bacarırlar. Cütlüyün ötən ilin iyununda Spotify ilə bağladığı milyon dollarlıq müqavilənin müddəti başa çatıb.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı Sussex hersoginyası "Lemonada Media" adlı şirkətlə müqavilə imzalayıb. Müqavilənin bir hissəsi olaraq Markle podcast məzmunu istehsal edəcək. "Lemonada Media" daha əvvəl Julie Louis-Dreyfus və Jennette McCurdy kimi adlarla podkastlar dərc etmişdir.

Marklın platformada hansı məzmun istehsal edəcəyi ilə bağlı heç bir məlumat verilməsə də, podkast yayımlarını Düşes aparacaq. Media şirkəti Marklın Spotify-da yayımlanan Archetpes adlı podkastlarını da yayımlaya biləcək.

Məşhur cütlük Archewell adlı veb-saytlarını tərcümeyi-hallarını və son fəaliyyətlərini özündə əks etdirən Sussex.com adlı saytla əvəz edib. Ancaq mənbələr deyirlər ki, onların Sasseks titullarından və kral gerbindən kommersiya məqsədləri üçün istifadə etməsi sarayda şikayətlərə səbəb ola bilər və kral ailəsini qəzəbləndirə bilər.

Digər tərəfdən cütlük son həftələrdə dünyaca məşhur rəqəmsal platforma ilə imzaladıqları nəhəng müqavilə ilə gündəmə gəlib. Cütlüyün yolda filmi, hazır ssenarisi olan serialı və hələ məlum olmayan bəzi məzmunları olduğu açıqlanıb.